Bakıda avtobusların hərəkət sxemində növbəti dəyişiklik

Bakıda avtobusların hərəkət sxemində növbəti dəyişiklik

Bəzi marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək

Bakucity.az xəbər verir ki, metronun “Xətai” stansiyasının təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə, son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər