CNN, “Euronews”, BBC Bakıdan çəkiliş edəcək

CNN, “Euronews”, BBC Bakıdan çəkiliş edəcək

Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq.

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, yayımçılar arasında CNN, “Euronews”, BBC kimi nəhəng telekanallar da var.

Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq. 86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AzTV (“İdman Azərbaycan”) və “CBC Sport” telekanalları vasitəsilə yayımlanacaq.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı sabah başlayacaq və sentyabrın 27-dək davam edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər