Bakıya tonlarla bal gətiriləcək

Bakıya tonlarla bal gətiriləcək

Arı ailələrinin sayı 4500-ə çatıb

Bakucity.az xəbər verir ki, Qobustan rayonunda arıçılıq təsərrüfatına maraq ildən-ilə artır. Hazırda arı ailələrinin sayı 4500-ə çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bölgədə hazırda arıçılıqla 238 sahibkar məşğul olur. Nabır kəndindən Əmirxan Abıyev, Asif Balayev, Təklədən Heydər Qaçayev, Xilmillidən Malik Mirzəyev və onlarca digər arıçılar öz peşəkarlıqları ilə bölgədə arıçılığın inkişafında aparıcı simalardır.

Arıçılıq üçün əlverişsiz olan cari ildə rayonda 12,5 ton bal istehsal olunub ki, bu da ötən ilin səviyyəsidir.

Qeyd edək ki, Qobustan arıçıları Bakı şəhərində keçiriləcək bal yarmarkasına 2 ton məhsul çıxaracaqlar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər