Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Yolun Bakı istiqamətində olan hissəsində təmirə start veriləcək

Bakucity.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən alınan məlumata görə, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. 20 sentyabr tarixindən yolun Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə start veriləcək. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər