Bakıda “New Life Brass” kvintetinin konserti olub

Bakıda “New Life Brass” kvintetinin konserti olub

Bakı Beynəlxalq Muğam Mərkəzində “New Life Brass” kvintetinin konserti olub

Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşiçer adına “New Life Brass” kvintetinin konserti olub.

Bakucity.az xəbər verir ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər