Bakıda elit turizmin payız marafonu

“Gözəl Bakı şəhərinə gəlməyə həmişə şadıq”

Bakucity.az /  “JW Marriott Absheron” otelində “Baku Travel Bazaar Autumn Edition” - turizm sahəsi peşəkarlarının ənənəvi payız görüşü keçirilib. 

Müxtəlif ölkələrin turizm sənayesinin aparıcı nümayəndələrinin iştirak etdikləri bu tədbir payız və qarşıdan gələn qış mövsümü üçün turizm sahəsindəki yeniliklərə və təkliflərə həsr olunub. Bu il B2B formatında keçirilən seminarda Azərbaycandakı həmkarları ilə sıx işləməyə maraq göstərən xeyli debütant iştirak edib.

Bakını görən hər kəs buraya yenə qayıtmaq istəyir

Turizm sahəsinin peşəkarları üçün vacib olan bu tədbir dörd ildir “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil edilir. Seminarın sponsoru olan “Türkiyə Hava Yolları” hazırda Azərbaycan vətəndaşlarının İstanbuldan tranzit olmaqla dünyanın müxtəlif ölkələrinə uçmasına yaxşı imkanlar yaradır. 

Bu il 35-dən çox otelin, mehmanxana şəbəkələrinin, qəbul edən turoperatorların, avtomobil kirayəsi və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri öz xidmətlərini təklif etmək üçün Bakıya gəliblər. Görüşdə, həmçinin Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Mavriki, Seyşel adaları, Dominikan Respublikası və digər ölkələr təqdim edilib. Azərbaycanın 200-dən çox aparıcı turizm şirkətinin, habelə Gürcüstanın elit turizm sahəsində ixtisaslaşan əməkdaşları da görüşdə iştirak ediblər.

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyavanın sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd turizm sektorunda fəaliyyət göstərən peşəkarlar arasında təcrübə mübadiləsidir. 

“Gözəl Bakı şəhərinə gəlməyə həmişə şadıq. Şirkətimiz bu cür tədbirləri müxtəlif ölkələrdə - Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Baltikyanı ölkələrdə keçirir. Lakin Bakıdakı tədbir xüsusi hərarəti ilə həmişə fərqlənir. Çoxları buraya təkcə biznes üçün deyil, həm də azərbaycanlılar tərəfindən onlara göstərilən qonaqpərvərlikdən zövq almaq üçün gəlir. Hamısı Bakının füsunkar gözəlliyini, bu şəhərdə müasirliyin zəngin tarix və ənənələrlə bir araya gəldiyini qeyd edir. Turizm sahəsinin peşəkarı kimi deyə bilərəm ki, Bakı sürətlə inkişaf edir və dünyanın müxtəlif ölkələrindən getdikcə daha çox qonaqları cəlb edir. Demək olar ki, Bakını görən hər kəs buraya yenə qayıtmaq istəyir”, - deyə İrina Vedeneyeva bildirib.

Məzmunlu istirahət üçün hüdudsuz imkanlar

Qeyd etdiyimiz kimi, bu il tədbirdə daimi iştirakçılarla yanaşı, Azərbaycan bazarını özləri üçün kəşf etmək istəyən çoxlu yeni iştirakçılar da olub. Onların sırasında Sankt-Peterburqun 100 ildən çox tarixə malik “Astoria” oteli də var. 1912-ci ildə açılmış otel tezliklə şəhərin görməli yerlərindən birinə çevrilib və tanınmış adamlar arasında populyar olub. Rəqqasə Aysedora Dunkan, şair Sergey Yesenin həmin oteldə qalıblar, sovet dövründə “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” komediyasının müəyyən səhnələri orada çəkilib. 

“Hotel Astoria St. Petersburg”un satış və marketinq direktoru Yekaterina Andreyeva deyib: “Biz Azərbaycandan gələn turistlərin sayının ilbəil artdığını müşahidə edirik. Odur ki, bu tədbirdə iştirak etməyi qərara aldıq. Bizim şəbəkə dünyanın ən məşhur yerlərində fəaliyyət göstərən 11 oteldən ibarətdir. Sankt-Peterburqdakı otel öz tarixi, fəlsəfəsi və dizaynı ilə unikaldır. Biz Rusiya üçün Azərbaycan bazarının vacibliyini başa düşürük. Biz Sankt-Peterburqdakı Azərbaycan Konsulluğu ilə sıx əməkdaşlıq edirik və bu istiqamət gələcək inkişaf üçün prioritetimizdir. Azərbaycanlılar mədəni istirahəti, muzey və teatrlara getməyi sevirlər, Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburqda isə bu cür görməli yerlər çoxdur. Bununla belə mən təəccüblə aşkar etdim ki, azərbaycanlılar Sankt-Peterburqda məhz qış istirahəti ilə maraqlanırlar. Buna görə də sizin ölkəniz qış mövsümündə müvafiq istiqamətin inkişafı üçün bizə ideal tərəfdaşdır”.

İlboyu yay olduğu Əbu-Dabi əmirliyi də tədbirdə debütantla - “Emirates Palace” dəbdəbəli oteli ilə təqdim edilib. Onun inşası vaxtilə 3 milyard dollara başa gəlib. Adından da göründüyü kimi bu, şeyx Zayedin layihəsi əsasında milli üslubda tikilib və bütün dünyaya ərəb mədəniyyətini nümayiş etdirir. Otelin 85 hektar yaşıllıq ərazisi var. Mehmanxanada 394 nömrə var ki, bu da otaqların böyüklüyünə dəlalət edir. Otelin ticarət nümayəndəsi Lidiya Nepomnyaşayanın sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinə azərbaycanlı turistlər ənənəvi olaraq çox gəlir. Bu ölkə nisbətən yaxındır və məzmunlu istirahət üçün geniş imkanlar təklif edə bilər.

Azərbaycanlı turistləri maraqlandıra bilən digər ekzotik ölkə Hind okeanındakı Seyşel adalarıdır. Çimərlikləri, mərcan rifləri və qoruqları ilə məşhur olan Seyşel adaları Bakıda keçirilən “Travel Bazaar”da “7South” qəbuledən şirkət tərəfindən təqdim edilib. Şirkətin icraçı direktoru bildirir ki, Seyşel adaları həm epidemioloji, həm də seysmoloji baxımdan tam təhlükəsiz ölkədir. Bu, azərbaycanlı turistlərin ailəvi istirahət üçün unikal istiqamətdir. Şirkət otel bronlaşdırması, ekskursiya proqramları, dayvinq, Seyşeldə toy mərasimləri və s. imkanları təklif edir.

Müxtəlif ölkələrdə 50-dən çox oteli olan “Warwick Hotels and Resorts” (ABŞ) qlobal mehmanxana şəbəkəsini yaddan çıxarmaq olmaz. Bu mehmanxana şəbəkəsinin Rusiya və MDB ölkələri üzrə satış direktoru Darya Mironova deyib: “Azərbaycan bizim üçün olduqca maraqlıdır. Buradan bizim mehmanxanaların olduğu bir çox ölkələrə aviareyslər həyata keçirilir. Məsələn, bu günlərdə mən milli daşıyıcı AZAL-ın Cenevrəyə birbaşa uçuş açmaq planını eşitdim. Bu, bizim Cenevrədəki otelimizin də Azərbaycan bazarında irəliləməsinə imkan yaradar. Otellərimizin spesifik xüsusiyyəti ilə əlaqədar olaraq biz korporativ müştərilər və qruplarla əməkdaşlığa xüsusən maraq göstəririk”.

Azərtac

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Bakıda taksi sürücüsünü döyüb pulunu alan sərnişinlərdən biri tutulub. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən iki nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbi...
Ekologiya
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 20-də paytaxtda bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək. Atmosfer təzyiqi nor...
Cəmiyyət
Bakıda müxalifətin mitinqinə görə metronun üç stansiyası bağlanıb.  “Bakı Metropoliteni” QSC-dən BakuCity.az-a verilən məlumatda deyilir: “Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı Metropoliteninin "28 May" stansiyasını...
Kriminal
Bakıda polislər narkotik satışının qarşısını alıb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb. B.Lətifovun üzə...
Cəmiyyət
Oktyabrın 14-də Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində quraşdırılan “kitab dayanacağı” sökülüb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib: “Məndə olan məlumata görə, həmin köşk SOCAR tərəfindən quraşdırılıb və dünən elə həmin şirkətin əməkdaşları tərəfindən demontaj olunub. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən isə həmin ərazi nəzarətə g...
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...