Bakı Musiqi Akademiyasında fortepiano musiqisi konserti olub

Bakı Musiqi Akademiyasında fortepiano musiqisi konserti olub

Konsert X Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar incəsənət xadimi, BMA-nın dosenti, pianoçu Ülviyyə Hacıbəyovanın konserti olub.

Bakucity.az xəbər verir ki, konsertdən əvvəl çıxış edən Ülviyyə Hacıbəyova bildirib ki, Azərbaycan və Qərb bəstəkarlarının əsərlərinin ifa ediləcəyi bu konsert “Gələcəyə inam” müasir musiqi layihəsi çərçivəsində keçirilir.

Nazim Əliverdibəyovun “Bayatı Şiraz” əsərinin ifası ilə başlayan konsertdə Əfrasiyab Bədəlbəylinin “Vals”, Firəngiz Əlizadənin “Fortepiano üçün musiqi”, İqor Stravinskinin “Reqtaym” və digər musiqi nümunələri səsləndirilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər