Bakıda şəhər peyzajlarının kreativ incəsənəti təqdim olunacaq

“Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq

Bakucity.az xəbər verir ki, 27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir.

Şəhər peyzajlarının kreativ incəsənəti layihənin parlaq hadisələrindən biri olacaq.

Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-adək yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq.

Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edib, ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarında böyük ölçüdə əks etdirəcəklər.

Fransadan gələn Filip Bodelok 7x31 metr ölçülərində əsər üzərində çalışır və həndəsi naxışları birləşdirərək orada panter və ceyran çəkib.

“Nəsiminin yaradıcılığı mənim üçün mənəviyyat təcəssümü və insanın imkanlarının genişliyi deməkdir. Mənim fikirlərim bir çox hallarda onun insanlar, heyvanlar və insanlar, bitkilər və minerallar arasında üzvi əlaqə fəlsəfəsi ilə üst-üstə düşür. Bu, mənim üçün - bir incəsənət adamı üçün çox vacibdir və bütün bunlar kainatla, onun mənəvi aləmi ilə əlaqəlidir. Mən tez-tez rəsmlərimdə heyvanları təsvir edirəm, ancaq bu sadəcə heyvanlar deyil. Onlar heyvanlar aləminin arxetipləridir və bu rəsmlərdə mən çoxtərəfliliyi sərhədsiz şəkildə göstərməyə çalışıram. Mənim üçün rəsmdə milliyyət məsələsi yoxdur. Bu, azərbaycanlı və yaxud fransız rəsmi deyil. Bu rəsmlərdə həyatı göstərməyə çalışıram”, - deyə Bodelok bildirib.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında proqramlar təşkil olunacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Rəqs etmək arıqlamağa, bədənin formada qalmasına kömək edir. İnsanlar gözəl musiqi sədaları altında hər yerdə rəqs edə bilirlər. Bəziləri sadəcə özləri üçün, necə bacarırlarsa elə oynayırlar, digərləri isə öyrənmək üçün rəqs məktəblərinə üz tuturlar.  Bakucity.az oxucular üçün Bakıda rəqs məktəblərini və rəqs üslublarını seçərkən nələrə diqqət etməli olduqları haqda vacib məqamları  araşdırıb Məşqçi: "Rəqs dərslərinə xarici vətəndaşlar daha çox gəlir" Araş...
Hakimiyyət
Dövlət başçısı avtomobil yolun açılışında iştirak edib. Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib. Bakucity.az  xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşüb. Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib. Bunu da oxu: Prezident Bakıda yol ti...
Cəmiyyət
Aprelin 26-da müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakucity.az xəbər verir ki, paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi ilə bağlıdır. Qəbulda müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq müzakirə ediləcək.  Bunu da oxu: Bakıda uşaq bağçalar...
Mədəniyyət
“Bakı Marafonu-2019”-a qeydiyyatdan keçənlərin sayı 15 min nəfərə çatıb. Bakucity.az xəbər verir ki, bu barədə mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yarışın “Facebook” səhifəsində bildirilib.  Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müra...
İdman
Sessiyalar üç günü əhatə edəcək.  Bakucity.az xəbər verir ki, “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisinin proqramı və komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin açıqladığı məlumatda təqvim belədir: 26 aprel 11:10–11:30 Maks Ferstappen və Pyer Qasli (“Red Bull”) 11:30–11:50 Sebastyan Fettel və Şarl Lekler (“Ferrari”) 11:50–12:10 Daniel Rikkardo və Niko Hülkenberq (“Renault”) 27 aprel 11:20–...
Cəmiyyət
Bağça və uşaq evlərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Bakucity.az xəbər verir ki, sözügedən xəbərdarlıq uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlıdır.  Bununla bağlı Bakı Şəhər İcra hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş mü...
Biznes
Paytaxta ən ucuz avtomobilin qiyməti neçə manatdır? Bakucity.az saytı bununla bağlı  qiymətləri araşdırıb. Məlum olub ki, hazırda Bakıda ən ucuz avtomobil 500 manata satılır.  Turbo.az saytındakı elana görə,1980-ci il istehsalı olan ağ rəngli “Moskviç”1.5 L mühərrik həcminə malikdir. Sözügedən avtomobil  benzinlə işləyir və indiyədək 300 000 km yürüş edib. Avtomobilin qiyməti 500 manatadır. Elanda verilən məlumata görə, avtomobil yaxşı vəziyyətdədir. Bakuc...
Ekologiya
Bakıda ən soyuq aprel ayı 1911-ci ildə qeydə alınıb. Bakucity.az xəbər verir ki, bu zaman Bakıda havanın minimal temperaturu 4 dərəcə şaxta təşkil edib. Paytaxtda ən isti isti aprel ayları 1951, 1975, 2000-ci illərdə qeydə alınıb. Bakucity.az
Cəmiyyət
Paytaxt məktəblərindəki Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib. Bakucity.az xəbər verir ki, Məktəb-Lisey Kompleksində keçirilən görüşün əsas məqsədi kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək olub.  Kitabxanaçılar klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi...