Bakıda avtomobillə vurulan piyada öldü

Bakıda avtomobillə vurulan piyada öldü

Hadisə Sabunçu rayonunda baş verib

Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 10 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, həmin qəsəbənin sakini Balahüseyn Ağayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən həmyerlisi Zülfi Əlibala oğlunu vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər