Bakıda mənzillərdən oğurluq edən şəxslər tutulublar

Bakıda mənzillərdən oğurluq edən şəxslər tutulublar

Bakıda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 

Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.  

Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.

Daxil olmuş müraciət əsasında Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər