Ödənişli olması gözlənilən yeni yolda sürət həddi artırıldı

Ələt-Astara - İranla dövlət sərhədi avtomobil yolunda sürət həddi müəyyən olunub

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi müəyyən olunub.

Bu barədə Bakucity.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat evrib.

A.Nəcəfli qeyd edib ki, yeni sitifadəyə verilən yolda sürət həddi saatda 120 km/saat təyin olunub.

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir. 

Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bununla bağlı Mərkəzi Bankdan məlumat yayıb Bakucity.az xəbər verir ki, dekabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti isə 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir. Bakucity.az
Cəmiyyət
İşin birinci mərhələsi uğurla yekunlaşdırılıb Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğunlaşdırılması və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təc...
Ekologiya
Bakıya leysan yağacaq, temperatur 5-7 dərəcə enəcək Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Bu barədə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksim...
Kriminal
Paytaxtda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib Bu barədə aldadılan şəxsin vəkili Fərid Həsənov məlumat verib. Onun sözlərinə görə, biznesdə şəriklik adı ilə aldadılan Nəcəf Nəsirli Gülarə Əliyevadan  şikayət edib, Xətait Rayon Məhkəməsinin qərarı ilə qadın üç ay müddətinə həbs olunub. G.Əliyeva isə apellyasiya şikayəti verib, lakin şikayəti təmin edilməyib.  Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zi...
Kriminal
Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub  Bakucity.az xəbər verir ki, Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsi və Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Bakucity.az
Hadisələr
Bakıda marşrut avtobusu qadını vuraraq öldürüb Bakucity.az xəbər verir ki, dekabrın 13-də saat 18-də paytaxtın Nizami rayonunun H.Əliyev prospektində paytaxt sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə Hürü Əliyevanı vuraraq öldürüb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.  Faktla bağlı Nizami rayon Polis idarəsində araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
"Hazırda limandakı kranların sökülməsi prosesi gedir" Bakucity.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib. Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”.  / "Report" Bakucity.az
Cəmiyyət
Paytaxt Bakıda yeni ilə hazırlıq gedir Bakucity.az xəbər verir ki, Bakının müxtəlif yerlərində yolka ağacları quraşdırılır. Şəhərin ən böyük yolkası bu il də Azadlıq meydanında qurulacaq. Uzunluğu 37 metr, diametri isə 16 metr olan bu yolka artıq quraşdırılır. İş icraçısının verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək. Bakucity.az
Cəmiyyət
Prospekt bu ilin fevral ayında təmirə bağlanmışdı Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfov bildirib. O, qeyd edib ki, sözügedən prospektdə təmir işləri başa çatdıqdan sonra, dekabrın 10-u yoldan istifadə etmək mümkün olacaq. /Qafqazinfo.az Bakucity.az