Bakı Metropoliteni tarixinin ən böyük sosial layihəsinə başlayır

Əlil arabasında hərəkət edənlər də Bakı metrosundan istifadə edə biləcək

Bakucity.az xəbər verir ki, əlillərin və fiziki imkanları məhdud insanların metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə Bakı Metropoliteni tarixində ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start verəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəımiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır:

"Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır".

O əlavə edib ki, bununla belə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlıq imkanları məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir: "Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib".

B.Məmmədov deyib ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır: "Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Layihənin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Əksəriyyətində yer yoxdur Paytaxt Bakıda Yeni il bayramı ərəfəsi artıq bir çox 5 ulduzlu hotellərdə 1 otaqda günlük gecələmə əksəriyyətində öncədən rezerv edilib, yəni yer yoxdur. Bu hotellər, əsasən, ucuz qiymət təklif edənlər olub. BakuCity.az xəbər verir ki, Banker.az Booking.com-dan Bakı şəhərində yerləşən bir otaqlı və iki çarpayıdan ibarət olan və 5 ulduzlu lüks hotellərin siyahısını araşdırıb. Siyahıda ilk pillədə “Four Season” şəbəkəsinin Bakıdakı...
Cəmiyyət
"Suallarımız çoxdur, cavab verən isə yoxdur” Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. BakuCity.az "Yeni Müsavat"a istinadən məlumat verir ki, iki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb. Belə ki, Q.Təhməzov bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanasında...
Cəmiyyət
Yaxın vaxtlarda bazara çıxarılacaq Bakıda keçirilən "Bakutel 2019" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində sürücüsüz nəqliyyat vasitəsi nümayiş etdirilir. BakuCity.az Xezerxeber.az-a istinadən məlumat verir ki, mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə oluna bilər. Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi "VİP taksi" adlandırılır. Mikroavtobus təchiz edildiyi müasir radar və digər sistemlər sayəsində avtopilot...
Mədəniyyət
Bakıda klassik vokalçıların festivalı keçiriləcək Klassik vokalçıların ümumrespublika festivalı 17-24 dekabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək. BakuCity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək mu...
Hakimiyyət
"Ona görə də göstəriş vermişəm ki..." Prezident İlham Əliyev Bakıda 2 “ASAN xidmət” mərkəzinin açılması barədə göstəriş verib. BakuCity.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib. İlham Əliyev bildirib ki, Bakıda 5 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərsə də, artıq növbələr yaranır: “Ona görə də göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın. Eyni zamanda, Sumqayıt və G...
Kriminal
Anar əcnəbi qadını aldatdı Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib. Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib. Faktla bağlı araşdırma aparı...
Cəmiyyət
Marşrut "592A" adı ilə sərnişinlərə xidmət edəcək 592 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə BakuCity.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq, Dövlət Xidməti 592 saylı marşrut xəttinin hə...
Hadisələr
Yaralılar xəstəxanaya yerləşdirilib Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.   BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.   Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb. Həmçinin oxu: Bakıda "Nissan" mağazaya gi...
Hadisələr
Tanıyanlardan 102-yə zəng vurmalar xahiş olunur Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kiş...