Bakıda gözəllik salonundan oğurluq olub

Bakıda gözəllik salonundan oğurluq olub

Oğurluq edən qadın törətdiyi əməli etiraf edib

DİN-dən Bakucity.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Onun paytaxt sakini Ə.Əhmədova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər