Paytaxtın Xətai rayonunda güclü yanğın baş verib
Bakucity.az xəbər verir ki, hadisə Nobel prospektində yerləşən çay evində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gəlib.
Yanğın söndürülüb və digər xilasetmə tədbirləri davam etdirilir.
Hadisənin səbəbi hələ məlium deyil.
Bakucity.az