Bakıda çoxmərtəbəli binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb - bakucity.az

Bakıda çoxmərtəbəli binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb

Göstərilən xidmətlər sakinlərin yüksək marağına səbəb olub

Bakıda daha bir çoxmərtəbəli bina “Kütləvi çıxarış” kampaniyasının ünvanı olub. İctimai xidməti birbaşa vətəndaş ünvanına aparan bu kampaniya sentyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 4 ünvanında yerləşən binada keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Bakucity.az-a bildirilib ki, komitənin mobil ofisləri vasitəsilə göstərilən xidmətlər sakinlərin yüksək marağına səbəb olub. Mənzil sahibləri evlərini tərk etmədən çıxarış əldə ediblər. Belə ki, 2 bloklu, 57 mənzilli binanın həyətində reallaşan layihədə 30 vətəndaşa çıxarış təqdim olunub. Bununla da daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmayıb.

Həmin gün binanın digər 20 sakinindən isə ilkin hüquq müəyyənedici sənədlər toplanıb. Mobil ofislərə müraciət edənlərə hüquqi məsləhətlər verilib. Kampaniyanın keçirildiyi bina ilə yanaşı, digər binaların sakinləri də göstərilən xidmətlərdən istifadə ediblər.

Bu kampaniya xidmətləri vətəndaşa daha yaxın edir, operativlik amilini artırır, əhali ilə xidmət arasında birbaşa əlaqə yaradır. Eyni zamanda, digər ünvanlara müraciət etməyə ehtiyac qalmır, qeydiyyat xidmətlərində əlçatanlıq prinsipi təmin olunur.

Cari il ərzində 15-dən çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu sosial tədbir fərqli məkanları əhatə edir. Belə ki, coğrafiyasından asılı olmayaraq, respublikanın ayrı-ayrı şəhərlərində, ucqar kəndlərində, o cümlədən iş yerlərində də keçirilir.

Qeyd edək ki, Bakı şəhərində mənzil bazarında mövcud aktivlik daşınmaz əmlak sənədləşməsini zəruri edir. Çıxarışlı mənzillərin iqtisadi proseslərə geniş formada cəlb edilməsi əmlakların etibarlı və hüquqi zəmanətli olması ilə bağlıdır. Sadalanan amillər vətəndaşların mənzillərə dair çıxarış almaq marağını artırır. Layihə çərçivəsində çıxarışların verilməsi ilə hər kəsin mülkiyyət hüququ cəld və kütləvi şəkildə təmin olunur.

Daha geniş formada keçirilən komitənin “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam edir. Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır. “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı sentyabrın 24-28-də saat 09:00-dan 17:00-dək Abşeron rayonu Görədil kəndi, İlqar Yusubov küçəsi, 3 (Görədil icra nümayəndəliyinin yanında) olacaq. Fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlər mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək bu kampaniya Abşeron rayonunun 10 qəsəbəsində keçirilib. Başlandığı dövrdən 750-yə yaxın vətəndaşın müraciəti qeydə alınıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq.  Bakucity.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.  Sərgidə Qacarl...
Hadisələr
Paytaxtda 24 yaşlı qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.  Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib. Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.  Qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.  Hadisə ilə bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.  Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə ol...
İdman
Avropa çempionatının açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.  O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya,...
Hadisələr
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az  xəbər verir ki ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə hərəkət edən “Galendevagen” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb.  Qəzaya səbəb “Galendevagen”in sürücüsünün işıqforun tələbinə əməl etməməsidir. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir.  Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar.  Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə t...
Ekologiya
Paytaxtda balıqların kütləvi tələfatı qeydə alınıb. Bakucity.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.  Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov  deyib ki,  “Pirşağı gölü durğun göldür. Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdıl...