Bakıda Beynəlxalq Teatr Festivalı keçiriləcək - bakucity.az

Bakıda Beynəlxalq Teatr Festivalı keçiriləcək

"Yarat" 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir

Bakucity.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində Bakının bir sıra sayılıb-seçilən məkanlarında keçiriləcək 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir.

Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival, özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır:

"Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik".

M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyni adlı pyesi əsasında hazırlanmış “Ördək ovu” tamaşasını da təqdim edir. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli yazılarından birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın “Vene” teatrında baş tutub.

Festival proqramının açılışı, İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşası ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.

Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağı-zadənin rəhbərliyi altında, Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı, festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri “Qoqol-mərkəz” tərəfindən, Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.

Tamaşaları müşayiət edən zəngin ustad dərslər və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarlarının öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirləri arasında rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər.

Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək. Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları qeyd edib:

"M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell, Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır".

YARAT, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, ÜNS Yaradıcılıq Səhnəsi, Bakı Konqres Mərkəzi də daxil olmaqla, Bakının ən nüfuzlu teatr məkanları ilə sıx əməkdaşlıq edir.

M.A.P. festivalı, Pedro Qomes-Eqanyanın 9 noyabr 2018-ci il – 10 fevral 2019-cu il tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək “Xəzər rəsədxanası” adlı sərgisi ilə üst-üstə düşür.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq.  Bakucity.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.  Sərgidə Qacarl...
Hadisələr
Paytaxtda 24 yaşlı qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.  Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib. Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.  Qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.  Hadisə ilə bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.  Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə ol...
İdman
Avropa çempionatının açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.  O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya,...
Hadisələr
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az  xəbər verir ki ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə hərəkət edən “Galendevagen” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb.  Qəzaya səbəb “Galendevagen”in sürücüsünün işıqforun tələbinə əməl etməməsidir. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir.  Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar.  Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə t...
Ekologiya
Paytaxtda balıqların kütləvi tələfatı qeydə alınıb. Bakucity.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.  Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov  deyib ki,  “Pirşağı gölü durğun göldür. Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdıl...