Əfsanəvi futbolçu Bakıda səfir elan olunacaq

Əfsanəvi futbolçu Bakıda səfir elan olunacaq, Javid

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 

Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər