Bakı Dövlət Sirki vəhşi heyvanların çıxışına qadağa qoymur

Bəzi ölkələrdə vəhşi heyvanların səyyar sirklərdə çıxış etməsinə icazə verilmir

Avstriya, Boliviya, Meksika, Malta, İsrail, Peru, Sinqapur, Salvador, Kipr, Kosta-Rika, Slovakiya, Yunanıstan daxil olmaqla, ümumilikdə 19 ölkə səyyar sirklərdə vəhşi heyvanların iştirakına qadağa qoyub.

Sonuncu dəfə isə Şotlandiya parlamenti səyyar sirklərdə vəhşi heyvanlardan istifadəni qadağan edən qərar qəbul edib.

Azərbaycandakı yeganə sirk olan Bakı Dövlət Sirkinin (BDS) özünün heyvanları olmasa da, paytaxtımıza tez-tez başqa ölkələrdən sirklər dəvət edir. Təbii ki, onların arasında vəhşi heyvanların iştirakı ilə göstərilən nömrələr çoxluq təşkil edir. Bu isə o deməkdir ki, vəhşi heyvanlar Bakı Dövlət Sirkinin səhnəsində heç bir problem olmadan çıxış edə bilirlər.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vəhşi heyvanların sirkdə iştirakı ilə bağlı hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində sirklər üçün belə bir qadağa tətbiq olunmayıb.

Bakı Dövlət Sirkinin stasionar sirk müəssisəsi olduğunu xatırladan M.Hümbətov qeyd edib ki, BDS-nin sirk artistləri və təlimçiləri yoxdur: “Bu da o deməkdir ki, Bakı Dövlət Sirkində heyvanlar yoxdur və onlar təlim olunmurlar. Biz Bakıya xarici ölkələrin sirklərini dəvət edirik. Ancaq nəzərə alaq ki, bəzi Avropa ölkələrində ümumiyyətlə stasionar sirk olmur. Bakı Dövlət Sirki isə stasionar sirk olduğundan burada heyvanların qarşılanması, saxlanması, yemlənməsi üçün lazımi şərait var”.

O qeyd edib ki, indiyədək Bakı Dövlət Sirkində vəhşi heyvanların insanlara hücum etməsi halı qeydə alınmayıb: “Ancaq belə bir ehtimal ola bilər. Çünki nə qədər təlim keçilsə belə, heyvanlar çıxışlarında aqressiya göstərə bilər. Belə halların qarşısını almaq üçün nümayişdən əvvəl təhlükəsizlik tədbirləri görülür və tamaşaçı ilə heyvanlar arasında dəmirdən və ya ipəkdən olan xüsusi qoruyucu torlar qurulur. Bundan sonra heyvanlar səhnəyə buraxılır. Xaricdən dəvət etdiyimiz sirk təlimçiləri heyvanlara olduqca sevgi ilə yanaşırlar. Onlar bildirirlər ki, heyvanlara sevgi verməsən, onu təlimləndirmək mümkün deyil”.

M.Hümbətov bildirib ki, indiyədək Bakı Dövlət Sirkinə gələn tamaşaçıların səhnəyə çıxan vəhşi heyvanlardan qorxması halı müşahidə edilməyib. Əksinə, vəhşi heyvanların nömrələri göstərilərkən ön sıralarda oturmaq istəyən tamaşaçılar daha çox olur.

BDS-nin əməkdaşı əlavə edib ki, sirkləri daha çox tamaşaçıların xahişini və zövqünü nəzərə almaqla gətirirlər.

O, Azərbaycanda tamaşaçıların vəhşi heyvanların çıxışlarını daha çox xoşladığını deyib: “Bəzən şir, ayı, ya da pələng olmayanda tamaşaçılar xahiş edirlər ki, bu heyvanların da çıxışı olsun”.

M.Hümbətov yerli tamaşaçıların hava nömrələrini, xüsusilə hava uçuşlarını da çox xoşladığını söyləyib: “Təbii ki, uşaqlar da klounları xoşlayırlar. Amma kloun olmaq çox çətindir. Yaxşı klounlar çox az tapılır. Restoranlarda çıxış edən klounlar peşəkar olmurlar. Sirkdə çıxış edən peşəkar kloun isə həm bir qədər təlimçi, həm bir qədər akrobat, həm bir qədər illüziyaçı, həm də bir qədər psixoloq olmalıdır”.

O qeyd edib ki, biletlərin qiymətlərini müəyyən edərkən əhalinin imkanları da nəzərə alınır: “Biz çalışırq ki, biletlərin qiymətini əhalinin alıcılıq qabiliyyətinə uyğun edək. Araşdırılsa, görmək olar ki, dünyada ucuz sirk biletləri Azərbaycandadır. Biz bu qiymətləri əhalinin alıcılıq qabiliyyətinə uyğun səviyyədə saxlayırıq”.

M.Hümbətov sirkdəki heyvanların xüsusi normativ qaydada qidalandırılmalı olduğunu da bildirib: “Heyvanların qida rasionu çox geniş və rəngarəngdir. Heyvanlar hər şey yemirlər. Onların yedikləri qidalar təmiz, keyfiyyətli olmalıdır. Bəzən elə bilirlər ki, heyvanlar ancaq ət yeyir. Ancaq, məsələn, bəzi ayılar heç ət yemir. Onlar təmiz bal, müxtəlif meyvə və giləmeyvələr, peçenyelər, qatılaşdırılmış südlə qidalandırılır. Onlar qiymətli heyvan olduğundan bu cür qidalandırılması vacibdir”.

Onun sözlərinə görə, heyvanlar üçün qidaları onları gətirən səyyar sirklərin əməkdaşları alırlar.

Bakı Dövlət Sirkinin dövlətdən qismən dotasiya alan müəssisə olduğunu xatırladan M.Hümbətov əlavə edib ki, işçilərinin əməkhaqqından başqa, bütün digər xərcləri Bakı Dövlət Sirki özü ödəyir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 review oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Satınalma müqaviləsi imzalanıb Bu il sentyabrın 27-də “Bakı Metropoliteni” QSC tərəfindən müxtəlif ölçülü ofis modullarının kotirovka sorğusu üsulu ilə satınalınmasına dair keçirilmiş müsabiqənin qalibi məlum olub. Bakucity.az xəbər verir ki, tenderin qalibi “İcecool” MMC elan edilib. Oktyabrın 18-də həmin şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri 45 383,98 manat məbləğindədir. Qeyd edək ki, Fuad Əli Qulu oğlu Bədəlov tərəfindən y...
İdman
Bu gün Premyer Liqada 8-ci tura start verilir Bakucity.az xəbər verir ki, turun açılış matçı Qəbələdə keçiriləcək. Lider “Neftçi” “Qəbələ”nin qonağı olacaq. İlk dövrədə bu komandalar arasında keçirilmiş oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Liderliyini qorumağı hədəfləyən “ağ-qaralar” elə də yaxşı günlərini yaşamayan rəqiblə görüşdə xal itirməməyə çalışacaq. Günün digər matçı isə son çempion “Qarabağ”la “Səbail” arasında baş tutacaq. İlk...
Cəmiyyət
Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib Bakucity.az universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb. Bu barədə universitet binasının foyesində məlumat yerləşdirilib. Məlumat deyilir: "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır”. Bu barədə məlumatı a24.az xəbər saytı yayıb.  Universitet bir...
Cəmiyyət
Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki,  hadisə dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində baş verib. 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub. Publika.az-ın verdiyi məlumatda bildirilir.  Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlər...
Hadisələr
Bakı polisi quldurlar barədə axtarış elan edib Bakucity.az xəbər verir ki, 3 nəfər naməlum şəxs Bakıda taksi sürücüsü kimi çalışan şəxsə bıçaqla hədə-qorxu gəlməklə pulunu qarət edib. Taksi sürücüsü evə pulsuz, amma sağ qayıda bilib. Bu barədə məlumatı Sputnik Azərbaycan Binəqədi rayon polis şöbəsindən əldə edib.  Hadisə gecə vaxtı 17 Oktyabr-dan 18 Oktyabra keçən vaxta təsadüf edib. Quldurlar "VAZ-2107" markalı taksi sürücüsü, 1993-cü il təvəllüdlü Əmirza...
Cəmiyyət
Yeni çatlar müşahidə edilib Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.  Bakucity.az
Biznes
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib. Bakucity.az-ın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Əvvəllər bu növ...
Cəmiyyət
Şagird 2 almasına görə anasının qəzəblənəcəyindən qorxub Bakucity.az xəbər verir ki, Oktyabrın 17-sində oxuduğu məktəbdən yoxa çıxan 7-ci sinif şagirdi Azər M. tapılıb. Azərin yoxa çıxmasından sonra anası yerli telekanallardan birinə müraciət edib. Milli.az-ın məlumatına görə, ana göz yaşları içində övladının itkin xəbərini bu sözlərlə verib: "Həmişə dərsdən çıxıb evə gəlirdi. Bu gün evə gəldim ki, yoxdu evdə. Zəng vurdum valideyinin birindən soruşdum. Ded...
İdman
Oyuna bilet satışı davam edir Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Azərbaycan çempionu “Qarabağ”la Ukraynanın “Vorskla” klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir. Bakucity.az xəbər verir ki, artıq bu matça 12000 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar: “Qarabağ” FK (Fan-Şop) Gənclik Mall 28 Mall ASAN Xidmət (1,2, 3, 4...