Bakıda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

Bakucity.az xəbər verie ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.

Bu barədə Bakucity.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəzindən məlumat verilib.

Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il Beynəlxalq Sülh Günü, “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Nazir vurğulayıb ki, “Beynəlxalq Sülh Gün”ü ilə əlaqədar ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur. Sahil Babayev bu tədbirlərin Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət etdiyini bildirib. 

Sahil Babayev dövlət başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. S.Babayev, həmçinin, ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd edib. O bildirib ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. 

Yeni qəbul olunan “Əlilliyi olan şəxslər haqqında” Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Nazir bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğulayıb. E.Süleymanova insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını diqqətə çatdıraraq, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirib.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident əlaqələndiricisi Qulam İsakzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. O, bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə işləri davam etdirilir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb. Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrini, tematik əyləncə güşələrini izləyib və sərgilənən əl işlərinin müəllifləri ilə söhbət edib, əsərlərin yaradılması prosesi ilə maraqlanıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb.

Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb. 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

Beynəlxalq Sülh Günü kimi tədbirlər Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir. Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb. Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçirərək rəngli boyalarla əl izlərini tabloya qoyublar.

Qeyd edək ki, Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Abşeronda "VAZ" markalı avtomobil alışıb Bakucity.az xəbər verir ki, Abşeron rayon Ceyranbatan qəsəbəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakucity.az
Cəmiyyət
Bununla bağlı Mərkəzi Bankdan məlumat yayıb Bakucity.az xəbər verir ki, dekabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti isə 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir. Bakucity.az
Cəmiyyət
İşin birinci mərhələsi uğurla yekunlaşdırılıb Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğunlaşdırılması və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təc...
Ekologiya
Bakıya leysan yağacaq, temperatur 5-7 dərəcə enəcək Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Bu barədə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksim...
Kriminal
Paytaxtda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib Bu barədə aldadılan şəxsin vəkili Fərid Həsənov məlumat verib. Onun sözlərinə görə, biznesdə şəriklik adı ilə aldadılan Nəcəf Nəsirli Gülarə Əliyevadan  şikayət edib, Xətait Rayon Məhkəməsinin qərarı ilə qadın üç ay müddətinə həbs olunub. G.Əliyeva isə apellyasiya şikayəti verib, lakin şikayəti təmin edilməyib.  Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zi...
Kriminal
Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub  Bakucity.az xəbər verir ki, Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsi və Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Bakucity.az
Hadisələr
Bakıda marşrut avtobusu qadını vuraraq öldürüb Bakucity.az xəbər verir ki, dekabrın 13-də saat 18-də paytaxtın Nizami rayonunun H.Əliyev prospektində paytaxt sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə Hürü Əliyevanı vuraraq öldürüb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.  Faktla bağlı Nizami rayon Polis idarəsində araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
"Hazırda limandakı kranların sökülməsi prosesi gedir" Bakucity.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib. Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”.  / "Report" Bakucity.az
Cəmiyyət
Paytaxt Bakıda yeni ilə hazırlıq gedir Bakucity.az xəbər verir ki, Bakının müxtəlif yerlərində yolka ağacları quraşdırılır. Şəhərin ən böyük yolkası bu il də Azadlıq meydanında qurulacaq. Uzunluğu 37 metr, diametri isə 16 metr olan bu yolka artıq quraşdırılır. İş icraçısının verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək. Bakucity.az