Bugün Cüdo üzrə dünya çempionatında növbəti qaliblər bilinəcək

Bugün Cüdo üzrə dünya çempionatında növbəti qaliblər bilinəcək

Cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək

Bakucity.az xəbər verir ki, kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar. Çempionatın beşinci günündə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edəcək. Cüdoçumuz ilk görüşündə Belarus idmançısı Viktor Kliavusau ilə qarşılaşacaq.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər