Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq

Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq

Bakı şəhəri və Şuşa rayonunun məktəbləri arasında əməkdaşlıq əlaqələri qurulur

Bakucity.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu 62 nömrəli, Nəsimi rayonu 247 nömrəli və Şuşa rayonunun 18, 19, 21 nömrəli məktəbləri arasında əməkdaşlıq əlaqələri yaradılır. Məktəblər arasında əməkdaşlıq əlaqələri "Təhsilə dəstək" layihəsi çərçivəsində imzalanan niyyət protokoluna əsasən qurulur.

Bu barədə Azərtac məlumat yayıb.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Bakının Nizami rayonu 62 nömrəli və Nəsimi rayonu 247 nömrəli məktəblərinin direktorları Bərdə və Ağdam rayonlarına səfər edib, Şuşa rayonu 18, 19, 21 nömrəli məktəblərdə görüşlər keçiriblər.

Qonaqlar əvvəlcə Bərdədə 588 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksindəki 18 nömrəli məktəbə gəliblər. Görüşdə Şuşa Rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev çıxış edərək, layihə haqqında məlumat verib. Bildirib ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təhsilə dəstək layihəsi çərçivəsində məktəblərin bir-biri ilə əlaqə yaratması ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüsə ilk olaraq YAP-ın Nəsimi və Nizami rayon təşkilatlarının sədrləri, həmçinin Bakının Nizami rayonu 62 nömrəli və Nəsimi rayonu 247 nömrəli məktəblərinin direktorları qoşulublar. Layihəyə əsasən Bakının Nizami rayonunun 62 nömrəli və Nəsimi rayonunun 247 nömrəli məktəbləri ilə hamiliyə götürülmüş Şuşa rayonunun 18, 19, 21 nömrəli məktəbləri arasında əlaqələrin qurulması təhsilin inkişafına dəstək verəcək.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva çıxışlarında layihənin əhəmiyyətini vurğulayıb, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, layihə digər məcburi köçkün rayonlarının məktəblərini də əhatə edəcək. Məktəblər arasında əlaqələr məcburi köçkün məktəbləri torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdiriləcək.

Nizami rayonu 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı və Nəsimi rayonu 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva çıxışlarında bildiriblər ki, fəaliyyət planına uyğun olaraq təhsil ocaqları arasında əlaqələr mütəmadi olaraq davam edəcək. Məktəblər arasında təhsil mübadiləsi keçiriləcək, Şuşa rayonu 18, 19, 21 nömrəli məktəblərin müəllim və şagirdləri Bakının Nizami rayonunun 62 nömrəli və Nəsimi rayonunun 247 nömrəli məktəblərinin qonağı olacaq, məktəblilər arasında dostluq münasibətləri qurulacaq.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətindən, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb, işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini ifadə edib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və digər qonaqlar Bərdə rayonunun Şirvanlı kəndində yerləşən Şuşa rayonu 19 nömrəli və Ağdam rayonu ərazisindəki Mirzələr qış yatağında yerləşən 21 nömrəli məktəblərdə də olub, müəllim, şagird və valideynlərlə görüşüblər. Məktəblərə və şagirdlərə hədiyyələr verilib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı jurnalistlərə müsahibəsində bildirib ki, YAP-ın "Təhsilə dəstək" layihəsi davamlı olacaq və torpaqlarımız işğaldan azad olunduqdan sonra da Şuşada, Xankəndidə, Ağdamda, Laçında, Kəlbəcərdə və digər bölgələrimizdə həyata keçiriləcək. "Azərbaycan əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətində prioritet təşkil edir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onların mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. "Təhsilə dəstək" layihəsi kimi təşəbbüslərdə əsas məqsədlərdən biri odur ki, cəmiyyətin hər bir üzvü qaçqın və məcburi köçkün məsələsinə daim diqqətlə yanaşmalı, torpaqlarımız işğaldan azad olunana qədər onlarla bir yerdə olmalıdır", - deyə M.İbrahimqızı bildirib.

Bakucity.az

Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-1 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-2 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-3 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-4 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-5 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-6 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-7 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-8 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-9 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-10 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-11 Bakı və Şuşa məktəbləri arasında əməkdaşlıq qurulacaq, fotoşəkil-12
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Düşmən Tərtəri atəşə tutub. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. BakuCity.az
Cəmiyyət
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kiber mühitdə növbəti uğursuz təxribatını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyə...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi? BakuCity.az xəbər verirki, bununla bağlı danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq: "Sərt karantin tədbirləri görülmə...
Cəmiyyət
Laçınla bağlı xoş xəbərlər eşidəcəyik. "Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək". Bu hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi...
Cəmiyyət
Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Mehri rayon bələdiyyəsinin "Facebook” səhifəsində paylaşılıb. Məlumata görə, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə  ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə "KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki  gömrük məntəqəsinin yaxınlığında ye...
Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...
Cəmiyyət
Ağcabədi rayonu atəşə tutulub. Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər vürir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. BakuCity.az xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub. BakuCity.az