User views view_news rubric_id news_rubric_id 3

Yağan güclü yağış “Azərsu” ASC-nin fəaliyyətinə güzgü tutdu

Bakı Şəhər İcra Hakimiyyəti yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

BŞİH-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olub. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, “Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olub, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmayıb.

Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahıl” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Nuridə Hüseynova Heydər Əliyev Sarayında çıxış edəcək İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. Saraydan bildirilib ki, konsertdə Nuriyyə Hüseynova repertuarında yer alan və sevilən mahnıların daxil olduğu yeni konsert proqramı ilə çıxış edəcək. Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə etmək olar. Bakucity.az
Biznes
Məcəlləyə dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməs...
Ekologiya
Temperatur 8-11 dərəcə olacaq Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. “Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əs...
Hadisələr
Hadisə zamanı kişi və qadın bərk sərxoş olublar Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayon Polis Şöbəsindən bildirilib. Hadisə fevralın 21-də saat 19:40 radələrində Nobel prospektində yerləşən evlərdən birində baş verib. Qabil adlı şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə kerosin tökərək yandırıb. Baş, boyun və əl nahiyələrindən yanıq travması alan qadın xəstəxanaya yerləşdirilib. Onun ölüm təhlükəsinin olmadığı qeyd edilir.  İnsidentdən sonra qaçıb...
Mədəniyyət
Müasir İncəsənət Muzeyində  un əsərləri sərgilənəcək Bakucity.az xəbər verir ki, fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq. Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə...
İdman
Topaz Premyer Liqada 18-ci tura start veriləcək. Bakucity.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edəcək. Digər matçda isə "Qarabağ" debütant "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, turun daha iki qarşılaşamsı isə sabah keçiriləcək. 23 fevral (şənbə) 14:00.“Qəbələ” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Vüqar  Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov  Qəbələ şəhər stadionu 16:30.“Sabah” – “Qarabağ” Hak...
Cəmiyyət
Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq Bakucity.az xəbər verir ki, fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir. Nişanlanma xətlərinin çəkilməsi prosesi gün ərzində başa çatacaq. Bakucity.az
İdman
UEFA İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək  Bakucity.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq. Bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib: Avropa Liqası Gürcüstan. B...
Mədəniyyət
Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Bakucity.az xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək. “Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ən...