Bakıda marşrut avtobusunun vurduğu piyada xəstəxanada öldü

Bakıda marşrut avtobusunun vurduğu piyada xəstəxanada öldü

Bakıda marşrut avtobusunun vurduğu piyada bir həftə sonra xəstəxanada ölüb

Bakucity.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada dünyasını dəyişib.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər