Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib

Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib

Bakı Kitab Mərkəzində növbəti görüş görmə qüsurlu uşaqlarla olub

Bakucity.az Azərtac-a istinadən xəbər verir ki, Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib.

Mərkəzdən bildirilib ki, görüşdə görmə əngəlli uşaqlar mərkəzin müxtəlif guşələri ilə tanış olublar. Onlar mərkəzdə görmə əngəlli insanlar üçün nəzərdə tutulmuş xüsusi guşədə qurulan böyüdücü monitorlar vasitəsilə şeirlər oxuyublar, “Brayl” üsulu ilə yazılan kitablara baxıblar, maraqlı audio-kitabları dinləyiblər.

Sonda görmə əngəlli uşaqlara Bakı Kitab Mərkəzi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası adından hədiyyələr paylanılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunur.

Bakucity.az

Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-1 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-2 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-3 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-4 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-5 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-6 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-7 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-8 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-9 Bakı Kitab Mərkəzində görmə qüsurlu uşaqlarla görüş keçirilib, fotoşəkil-10
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər