"Bakı Elektron Ticarət Forumu 2018" davam etdir - bakucity.az

"Bakı Elektron Ticarət Forumu 2018" davam etdir

E-ticarətlə məşğul olan yerli və xarici mağazalar məhsullarını nümayiş etdirirlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə "Bakı Elektron Ticarət Forumu 2018" sentyabrın 25-də işini davam etdirir.

Bakucity.az xəbər verir ki, forumun ikinci günü "E-kommersiya bacarıqlarının inkişafı", "Elektron kommersiyanın inkişafı üçün İKT infrastrukturu və xidmətləri", "Maliyyələşdirilmə əlçatanlığı" mövzusunda keçirilən sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdirirlər.

Qeyd edək ki, ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyənləşdirilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsind...
Hadisələr
Paytaxtda qayda pozan sürücünün görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən 99 LP 055 dövlət qeydiyyat nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və buradan keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib. Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ bar...
Cəmiyyət
Sürücülərdən diqqətli olmaları tələb edilir Bakucity.az xəbər verir ki, Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək. Velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 23-də səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudla...
Hadisələr
Hər iki şəxs iyulun 22-də tutulub Bakucity.az xəbər verir ki, Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb. Paytaxtın Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları onu izləyərək Şabran ərazisində ələ keçiriblər. Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobil oğurlanıb. Qaçırılmış avtomobil iyulun...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb  Bakucity.az xəbər verir ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz...
Cəmiyyət
İstehsal sexinin fəaliyyəti məhdudlaşdırılıb Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən, Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Baxış zamanı sanitar qovşağ...
Hadisələr
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağac aşıb Bakucity.az xəbər verir ki, bu gün baş verən hadisəyə güclü külək səbəb olub. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləklə bağlı məlumat yayıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Nəzarətçi pul verməkdən imtina edən sürücünü təhdid edib Bakucity.az xəbər verir ki, paytaxtda avtomobilini park edən sürücü ilə nəzarətçi arasında mübahisə yaranıb. Sürücü dayanacaq üçün pul ödəmək istəməyib. Nəticə tərəflər arasında narazılıq yaranıb.  “İndi uşağa deyərəm, gəlib ayağını təkərin altına qoyar. Sonra gedib xəstəxanaya çolpa daşıyacaqsan”, - deyə nəzarətçi bildirib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bəzi çimərliklərin girişindəki qapı və şlaqbaumlar çıxarılıb Bakucity.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində çimərliklərdə qoyulan maneə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) şikayətlər daxil olub. Bununla bağlı BŞİH-nin Ticarət və Xidmət Departamenti reydlərə başlayıb. “Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil...