"Baku Open" beynəlxalq karate turniri keçiriləcək

"Baku Open" beynəlxalq karate turniri keçiriləcək

Turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları dəvət olunub

Bakucity.az xəbər verir ki, 28-30 sentyabr tarixlərində ənənəvi "Baku Open" beynəlxalq karate turniri keçiriləcək. 9-cu dəfə təşkil edilən yarış keçmiş Sovet Sosialist Respublikaları İttifaqında karatenin yaranmasının 40 illik yubileyinə həsr olunur.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları dəvət olunub.

Bakı İdman Sarayında yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq. Təntənəli açılış mərasimi 29 sentyabr saat 17:00-da keçiriləcək.

SSRİ-də karatenin yaranmasının 40 illik yubileyinə həsr olunmuş 9-cu beynəlxalq "Baku Open" turnirindən bir gün əvvəl, 27 sentyabrda beşqat dünya və on iki dəfə Avropa çempionu, dünyanın ən titullu karateçisi Rafael Ağayevin seminarı təşkil ediləcək.

Seminar Bakı İdman Sarayında saat 18:00-da başlanacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər