"Sovetski"də aparılan abadlıq işləri gələn il başa çatacaq

Hazırda 26 hektar ərazidə yollar salınır, abadlıq işləri aparılır

Bakucity.az xəbər verir ki, Bakının “Sovetski” kimi tanınan ərazisində aparılan abadlıq işləri gələn il başa çatacaq.

"Sovetski"də söküntü işləri başa çatdıqdan sonra, 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işləri aparılır.

Hazırda 26 hektar ərazidə yolların salınması və abadlıq işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dildirdiyinə görə, uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması ötən il tam olaraq yekunlaşdırılıb.

A.Nəcəfli qeyd edib ki, Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür: "Hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdu".

O deyib ki, hazırda layihə üzrə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri aparılır: "Bu çərçivədə Təzəpir məscidi kompleksinin qarşısında 12,9 min kv.m sahədə 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib və hazırda son tamamlanma işləri aparılır. Sözügedən avtodayanacağın üzərində parkın salınması üzrə işlər isə 90% yerinə yetirilib".

Ağentliyin sözçüsü əlavə edib ki, Akademik Milli Dram Teatrının qarşısındakı parkın yenidən qurulması işləri isə 70% yerinə yetirilib:

"Füzuli, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələri üzərindən piyada korpülərinin tikintisi işləri 90% başa çatıb. M.Əliyev və A.Şaiq küçələri arasında olan sahədə parkın tikintisi üzrə torpaq işləri 90%, bitki örtüyü – 70%, suvarma sistemi – 70%, drenaj işləri – 95%, elektrik işləri 55% yerinə yetirilib. Həmçinin parkda ərazi boyunca 670 ədəd ağac əkilib. Hazırda parkın ot örtüyünün salınması işləri aparılır".

A.Nəcəfli onu da əlavə edib ki, N.Nərimanov prospekti ilə A.Şaiq küçəsinin arasında olan sahədə idman meydançalarının, həmçinin prospektdə yeraltı piyada keçidinin tikintisi üçün hazırlıq işləri aparılır: "Layihənin tam olaraq 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Abşeronda "VAZ" markalı avtomobil alışıb Bakucity.az xəbər verir ki, Abşeron rayon Ceyranbatan qəsəbəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakucity.az
Cəmiyyət
Bununla bağlı Mərkəzi Bankdan məlumat yayıb Bakucity.az xəbər verir ki, dekabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti isə 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir. Bakucity.az
Cəmiyyət
İşin birinci mərhələsi uğurla yekunlaşdırılıb Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğunlaşdırılması və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təc...
Ekologiya
Bakıya leysan yağacaq, temperatur 5-7 dərəcə enəcək Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Bu barədə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksim...
Kriminal
Paytaxtda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib Bu barədə aldadılan şəxsin vəkili Fərid Həsənov məlumat verib. Onun sözlərinə görə, biznesdə şəriklik adı ilə aldadılan Nəcəf Nəsirli Gülarə Əliyevadan  şikayət edib, Xətait Rayon Məhkəməsinin qərarı ilə qadın üç ay müddətinə həbs olunub. G.Əliyeva isə apellyasiya şikayəti verib, lakin şikayəti təmin edilməyib.  Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zi...
Kriminal
Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub  Bakucity.az xəbər verir ki, Binəqədi rayon Polis idarəsinin 5-ci polis bölməsi və Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Bakucity.az
Hadisələr
Bakıda marşrut avtobusu qadını vuraraq öldürüb Bakucity.az xəbər verir ki, dekabrın 13-də saat 18-də paytaxtın Nizami rayonunun H.Əliyev prospektində paytaxt sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə Hürü Əliyevanı vuraraq öldürüb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.  Faktla bağlı Nizami rayon Polis idarəsində araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
"Hazırda limandakı kranların sökülməsi prosesi gedir" Bakucity.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib. Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”.  / "Report" Bakucity.az
Cəmiyyət
Paytaxt Bakıda yeni ilə hazırlıq gedir Bakucity.az xəbər verir ki, Bakının müxtəlif yerlərində yolka ağacları quraşdırılır. Şəhərin ən böyük yolkası bu il də Azadlıq meydanında qurulacaq. Uzunluğu 37 metr, diametri isə 16 metr olan bu yolka artıq quraşdırılır. İş icraçısının verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək. Bakucity.az