Bakıda piyadanı vurub öldürən sürücü tutulub

Bakıda piyadanı vurub öldürən sürücü tutulub

Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib

Bakucity.az xəbər verir ki, sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva müəyyən edilməyən avtomobil ilə vurulub və nəticədə xəstəxanaya yerləşdirilən piyada orada da dünyasını dəyişib.

Hadisə ilə bağlı DİN-indən Trend-ə məlumat verilib.

20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər