Bakıda piyadanı avtomobillə vurub qaçan idmançı saxlanılıb

Avtomobillə piyadanı vurub öldürən dünya çempionunun məhkəmə istintaqı başa çatıb

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report" məlumat yayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin baxış iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Heydər Əliyev prospektində rənglənmə işi aparılacaq.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, prospektdə yerləşən "Atletlər kəndi" (Nəqliyyat Agentliyi) qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Sürücülərdən müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Bakucity.az
Cəmiyyət
Oktyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gec...
Cəmiyyət
Azərbaycanda səhiyyə, təhsil sahəsinə dövlət büdcəsindən ayrılacaq vəsait artırılır Bakucity.az-ın “Report”a istinadən xəbərinə görə, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur. Bunu da oxu: Nazirlik məlumat yaydı: Pensiyalar artırılıb Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur. Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsai...
Cəmiyyət
Pensiyalar yenidən hesablanaraq artırılıb Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bunu da oxu: Səhiyyə və təhsil sahəsinə ayrılan vəsait artırılır - QƏRAR “Əmək pensiyalar...
Kriminal
Sürücüyə qarşı cinayət işi açılıb Oktyabrın 20-də saat 19:30 radələrində Cumayev Vüqar Nazim oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-EG-191 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsində hərəkətdə olarkən piyada Həbibov Malik Yusif oğlunu vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmasında əsaslı şübhələr olduğundan fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məc...
Hadisələr
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu avtobusun piyadanı vurub öldürməsi hadisəsi barədə rəsmi məlumat yayıb. Verilən məlumatda bildirilib ki, oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi “General Avtocompany” MMC-yə məxsus “Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun s...
Ekologiya
Sürüşmə zonasında yaranan çatlarda artım qeydə alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır: “Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmənin sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi ya...
Cəmiyyət
"Bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır" Bakucity.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” məlumat yayıb. Artıq  sosial şəbəkələrdə “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir. Adı çəkilən qurumun Ümid adlı əməkdaşı bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: “Bizim ferma Abşeron rayonu Məhəmmə...
Hadisələr
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb Bakucity.az xəbər verir ki, Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib. "Bakı Metropoliteni"ndən verilən məlumata görə, “Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. "Həmin qatar təxminən 5 dəqiqə qatar yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb". - Report-un...