Avtomobildən 6 min manat oğurladı və polisə yaxalandı

Avtomobildən 6 min manat oğurladı və polisə yaxalandı

Bakı şəhəri, Yasamal rayonunda avtomobildən pul oğurlanıb

Bakucity.az xəbər verir ki, Bakı şəhər, Yasamal rayonunda avtomobildən pul oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisində bir avtomobildən 6000 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər