Məktəbdə dünyasını dəyişən şagirdin ölüm səbəbi bilindi

Məktəbdə dünyasını dəyişən şagirdin ölüm səbəbi bilindi

Ətrafda heç kəs ona necə kömək etməli olduğunu bilməyib

Bakucity.az xəbər verir ki, sentyabrın 24-də Bakıdakı 67 saylı orta məktəbdə uşağın ölümünə səbəb onun dilinin qatlanması olub. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Qeyd edək ki, Sabunçu RPİ-nin 12-ci polis bölməsinin nəzarətində olan ərazidə yerləşən həmin məktəbdə ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Sabir Xəlilov vəfat edib. Uşaq məktəbdə özünü pis hiss etməyə başlayıb. Ona təcili tibbi yardım göstərməyə çalışsalar da, oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Məktəbin işçiləri təcili tibbi yardım briqadası çağırıblar. Lakin həkimlər hadisə yerinə çatanda uşaq artıq ölübmüş. Qeyd edək ki, məktəbdən gələn zəngdən 10 dəqiqə sonra həkimlər hadisə yerində olublar.

Bununla yanaşı, əldə edilən məlumata görə, sentyabrın 24-də Sabir Xəlilovda yüksək temperatur müşahidə edilib. Buna baxmayaraq, valideynləri onu məktəbə yollayıblar.

Bədən temperaturunun hədsiz yüksəlməsi bəzi hallarda uşaqlarda qıcolmaya səbəb olur. Xəlilovda da eyni hal təkrarlanıb. Həmin anda onun dili qatlanıb, lakin ətrafda heç kəs onunla necə düzgün davranmaq lazım gəldiyini bilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər