Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Forumda 300-dən nümayəndə iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.

Bu barədə Bakucty.az-a nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Forumda beynəlxalq və ictimai təşkilatların, dövlət qurumlarının nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən nümayəndə iştirak edib.

Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri iştirak edib. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sesiyalar təşkil olunub.

Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə forum iştirakçıları sərgiyə baxış keçirib.

Nazir Ramin Quluzadə çıxışında tədbirin təşkilində göstərdikləri dəstəyə görə Avropa İttifaqına və BMT-nin Ticarət və İnkişaf Konfransına minnətdarlığını bildirib.

R.Quluzadə elektron ticarətin inkişafı sahəsində görüləcək işlərin strateji xəttini müəyyən

edən Milli Strategiya hazırlanmasının zəruriliyini qeyd edib.

O, bu baxımdan Bakı Elektron Ticarət Forumunun əhəmiyyətini vurğulayıb.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-1 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-2 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-3 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-4 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-5 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-6 Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb, fotoşəkil-7
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər