Ata və oğlu polisə təslim oldular

Ata və oğlu polisə təslim oldular

Adam öldürməyə cəhdə görə axtarılanlar təslim oldu

Bakucity.az xəbər verir ki, adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olublar.

Bu barədə "Report"a "DİN"dən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər