Bakıda “Karyerada ilk addım” məşğulluq tədbiri keçirilib

Məqsəd işəgötürənləri təqdim etmək, gənclərin işlə təmin edilməsidir

Bakıda keçirilən “Karyerada ilk addım” aktiv məşğulluq tədbirində 53 müəssisə üzrə 254 vakant iş yeri təqdim edilib.

Bu barədə Bakucity.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək, gənclərin məşğulluğa cəlb etdirilməsi istiqamətdə işlərin davam etdiyini vurğulayıb.

M.Kərimli məşğulluq orqanları tərəfindən cari ilin yanvar-sentyabr aylarında işlə təmin edilən 41.5 min nəfərdən 11 min 652-nin gənc olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki bu ilin 9 ayında məşğulluq orqanları tərəfindən 1691 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub ki, onlardan təxminən 900 nəfərini gənclər təşkil edib.

Özünüməşğulluq proqramında da gənclərin iştirakına xüsusi əhəmiyyət verildiyini bildirən nazir müavini qeyd edib ki, ötən il proqrama cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaradanların 1000 nəfəri gəncdir.

“Karyerada ilk addım” devizi altında təşkil olunan tədbirlərin məqsədi gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, işəgötürənlərlə ilkin əlaqələr qurmaları üçün şərait yaratmaqdır.

Tədbirdə Bakı şəhərinin rayon məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 53 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 50-si qeyri-dövlət müəsisəsidir.

İşəgötürənlər tədbirə 254 boş iş yeri təqdim ediblər ki, onlardan da 29-u dövlət, 225-i qeyri-dövlət işləridir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənilərin dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib. Verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu mü...
Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...