Təmir edilən yolda ödəniş tətbiq ediləcək

"İlin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək"

Bakucity.az xəbər verir ki, bu ilin sonunadək Ələt-Astara yolunun 31-204-cü kilometri ödənişli olacaq. Bunu “RealTV”yə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

S. Məmmədov bildirib ki, bu ilin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək.

Qurum sədrinin sözlərinə görə, ödənişli giriş Ələt-Astara magistralının 31-204-cü kilometrinə tətbiq ediləcək.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən yol nəqliyyat eksperti Elməddin Muradlı pulsuz yolun da pullu yol kimi təmir edildikdən sonra ödənişin tətbiq edilməsinin məqbul olduğunu vurğulayıb:

“Cənub istiqamətində salınan həmin yol beynəlxalq əhəmiyyət daşıyır, digər ölkələrdən gələn yük maşınlarının rahat şəkildə bir istiqamətdən digər istiqamətə hərəkətini təmin edəcək ki, bu da ölkəyə xeyli sayda vəsait gətirə bilən bir addımdır, strateji əhəmiyyətli bir layihədir. Bizim Yol Hərəkəti Haqqında qanuna görə ödənişli yol o vaxt ola bilər ki, onün mütləq alternativi də olsun. Alternativ olduqda isə pullu yoldan fərqlənməməlidir. Fərqlilik yalnız məsafənin qısalığında ola bilər. Təhlükəsizlik baxımından pullu yolla pulsuz yol bir-birindən fərqlənə bilməz. Kimsə özünü diskomfort hiss etməməlidir ki, kimsə pullu yolda konfortla gedir, mən isə pulsuz diskomfort.

Pullu yolun bir üstünlüyü var ki, həmin yolda kəsişmələr və birləşmələr yoxdur. Bu gün isə həmin istiqamətdə olan köhnə yol o qədər bərbad vəziyyətdədir ki, bu yolu pullu edib insanları köhnə yola yönləndirsələr çox əcaib bir mənzərə ortaya çıxacaq. Mən düşünürəm ki, bu yolda ödəniş o halda tətbiq oluna bilər ki, pulsuz olan yol ən azı bu səviyyədə təmir edilsin, istifadəyə verilsin. O yolun indidən pullu edilməsi heç bir ölçüyə sığan bir addım deyil, yəqin ki aidiyyatı qurumlar buna getməyəcəklər.

Bu Azərbaycan üçün bir ilkdir, yenilikdir ona görə də buna çox da baha qiymət tətbiq etmək olmaz., bu insanlar tərəfindən əks-reaksiya verə bilər. Ola bilər xaricə yük daşıyanlıar üçün, başqaları üçün tətbiq edilsin. Ola bilsin bu yerli sakinlər üçün tətbiq edilməsin. Hələ ki, bu barədə şərtlər açıqlanmayıb, açıqlandıqdan sonra bu haqda geniş danışmaq olar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi köhnə yolu təmir edib yeni yol səviyyəsinə gətirəndən sonra bu barədə danışmaq olar. Dünya praktikasına gəlincə isə orada müəyyən qaydalar var. Belə ki, həmin yolların giriş-çıxış nöqtələrində terminallar quraşdırılır və yaxud da müasir texnologiyalardan istifadə edilməklə mobil telefonlardan da, internetdən də ödənişimizi edib yararlana bilərik. Dünyanın heç bir ölkəsində yol çəkib ondan qazanc götürmək məqsədi güdülmür. Sadəcə insanların təhlıükəsizliyi üçün, rahat və daha tez mənzil başına çatması üçün bu addım atılır, ödəniş isə həmin yolda cari təmir işlərinin aparılması üçün yığılır”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Paytaxtda Beynəlxalq Uşaq Musiqi Festivalı çərçivəsində konserti keçirilib. Bakucity.az xəbər verir ki, Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beat Group” tərəfindən  uşaqlar üçün təşkil olunan “Zima” Beynəlxalq Estrada Mahnı Festivalının böyük qala konserti keçirilib.   Saytımıza açıqlamasında Rusiyanı təmsil edən Vadim Tsaqareişvili ifa edəcəyi mahnılar barədə danışıb, həmçinin Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Estrada musiqi...
Cəmiyyət
Ölkə üzrə pensiyaların verilməsinə başlanılıb. Bakucity.az xəbər verir ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün ərzində pensiyaların bütün ölkə üzrə verilməsi tam təmin olunacaq: “Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı sərəncamına uyğun olaraq Dövlət Statistika Komitəsinin verdiyi məlumat əsasında aylıq nominal əmək haqqının artım tempinə əs...
Mədəniyyət
Ödənişsiz təlimlər keçiriləcək “YARAT” Müasir İncəsənət Mərkəzi bu ilin mart ayından dekabradək özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü tanı” proqramını təşkil edir. Mərkəzdən Bakucity.az-a bildirilib ki, proqram çərçivəsində paytaxtımızda 10 məşhur mühazirəçi və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcəklər. Proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsi...
Ekologiya
Fevralın 19-da Bakıya qar yağacağı proqnozlaşdırılır Bakucity.az xəbər verir ki, Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır.  Bunu da oxu: Leyla Əliyeva Bakıda heyvanlara qayğı mərkəzinin açılışında - FOTO Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeo...
Mədəniyyət
“Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq Xətai Sənət Mərkəzinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdiyi “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Mərkəzdən Bakucity.az-a bildirilib ki, fevralın 21-də açılacaq sərgidə 115 rəssamın 130 işi, həmçinin Əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri nümayiş olunacaq. Qeyd edək ki, müsabi...
İdman
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılışı olub Bakucity.az xəbər verir ki, bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan,...
Cəmiyyət
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı oldu Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib...
Mədəniyyət
“Ak oy” alaçığı sərgiyə milli kolorit bəxş edəcək. Bakucity.az xəbər verir ki, fevralın 15-də Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi açılıb. Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yer...
Cəmiyyət
Layihədə BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərin tələbələri iştirak edəcək. Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış olub. BANM-dan verilən məlumata görə, açılışda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki bilikl...