Bakı məktəbliləri bilik yarışına çıxdılar

Bakı məktəbliləri bilik yarışına çıxdılar

Hər bir komanda 12 sual olmaqla, 3 mərhələdə yarışıblar

Bakı məktəbliləri arasında "Nə? Harada? Nə zaman?" adlı intellektual oyun keçirilib.

Bu barədə Bakucity.az-a Bakı şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bilik yarışmasının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü, ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlarda özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir. 

Səbail rayonu üzrə IX-XI sinif şagirdləri arasında Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda komandalar, hər biri 12 sualdan ibarət olmaqla, 3 mərhələdə yarışıblar.

İntellektual oyunun nəticələri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, 7 nömrəli tam orta məktəb I, 189-190 nömrəli tam orta məktəb II, 160 nömrəli Klassik gimnaziya isə III yerə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. 

Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramına uyğun olaraq, reallaşdırılan tədbirlər çərçivəsində həyata keçirilib.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı məktəbliləri bilik yarışına çıxdılar, fotoşəkil-1 Bakı məktəbliləri bilik yarışına çıxdılar, fotoşəkil-2
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər