Bakıda ağır qəza baş verib

Bakıda ağır qəza baş verib

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, hadisə sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Fariz Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurub. 

Nəticədə F.Muradov və sərnişinləri - Ağcabədi rayon sakini Sahib Əliyev və Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilib, S.Əliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər