Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub

Bakucity.az xəbər verir ki, sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.

Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.

Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər