Bakıda “Ulduzlar sönmür”

Bakıda “Ulduzlar sönmür”

Bakıda “Ulduzlar sönmür” adlı akustik və elektron musiqi axşamı keçirilib

Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının ilk günü maraqlı konsert proqramı ilə başa çatıb.

Bakucity.az xəbər verir ki,  27 sentyabrında Bakıda təqdim edilən “Ulduzlar sönmür” adlı akustik və elektron musiqi axşamının iştirakçıları həm doyunca əylənib, həm də insanı mənəm kamilliyə səsləyən ifalardan zövq qalıblar.

Proqram media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər təqdim olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

Bakucity.az

Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-1 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-2 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-3 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-4 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-5 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-6 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-7 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-8 Bakıda “Ulduzlar sönmür”, fotoşəkil-9
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər