Bakının bir hissəsində qaz olmayacaq

Bakının bir hissəsində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bakucity.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi əlaqədar sabah saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər Bakının Nəsimi rayonunun Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görüləcək təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər