Biləcəri sakinləri ilə səyyar görüş keçirilib

Sakinlər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər

Bakucity.az xəbər verir ki, sentyabrın 27-də Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.

RİH-dən verilən məlumata görə, görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, həmçinin onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Bakucity.az

Biləcəri sakinləri ilə səyyar görüş keçirilib, fotoşəkil-1 Biləcəri sakinləri ilə səyyar görüş keçirilib, fotoşəkil-2 Biləcəri sakinləri ilə səyyar görüş keçirilib, fotoşəkil-3
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər