Bakı Limanında iki yeni buksir istifadəyə verilib

Bakı Limanında 2 ədəd yeni yedək gəmisinin istismarına başlanılıb

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin donanmasının tərkibinə iki yeni “Alat’’ və “Silk Way” yedək gəmiləri daxil edilib.

Bakucity.az xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan “Bureau Veritas” Təsnifat Cəmiyyətinin nəzarəti altında Türkiyədə inşa olunmuş bu gəmilər, müasir radionaviqasiya, xilasedici və yanğınsöndürmə avadanlıqları və sistemləri ilə təmin olunub, gücü 1220 kilovat (KVt) olan iki baş mühərriklə təchiz edilib.

Onların texniki göstəriciləri sərt hava şəraitində limana daxil olan gəmilərin yanalma əməliyyatlarında yardım etməyə imkan verir. Bu gəmilərin yanacaq, içməli su ilə təchizatı və digər texniki xüsusiyyətləri onların limanda fasiləsiz istismarına şərait yaradır. Eyni zamanda gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı liman akvatoriyasında baş verən yanğın hadisəsinə ilkin müdaxilə etməyə imkan verir.

“Alat” gəmisinin uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir. “Silk Way” gəmisinin uzunluğu 17 metr, eni 6.80 metr, ümumi tutumu 82 ton, sürəti isə “Alat” gəmisi ilə eynidir.

Türkiyədə istehsal olunan gəmilərin istifadəyə verilməsi mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yeni yedək gəmilərin istismara verilmsi münasibəti ilə liman əməkdaşlarını təbrik edib və Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevirilməsi ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin reallaşmasında limanın artan rolunu qeyd edib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov çıxış edərək 2 yeni yedək gəmisinin istismara verilməsi ilə limanda dünya standartlarına cavab verən xidmətlərin göstərilməsi istiqamətində daha bir vacib addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən müasir texnoloji tələbələrə cavab verən kranların, yükqaldırıcı və yüknəqledici avadanlıqların istismara verilməsi, müasir liman əməliyyat sisteminin qurulması və hazırda iki yedək gəmisinin əməliyyatlara cəlb olunması ilə yeni Bakı Limanı müasir standartlara cavab vermiş olur.

Mərasimin sonunda hər iki gəminin heyəti liman buxtasında gəmilərin texniki göstəricilərini, yanğınsöndürmə kimi əlavə imkanlarını və gəmi heyəti üçün komfortlu xidmət imkanlarını qonaqlara nümayiş etdiriblər. Qonaqlar liman ətrafında yeni gəmilərlə səfərə çıxaraq onun əməliyyat imkanları ilə əyani tanış olublar.

Xatırladaq ki, bu il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının açılış mərasimi keçirilib. Hazırda, yeni liman ildə 15 mln. ton yük, həmçinin 100 000 TEU konteyner aşırmaq gücündədir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...
Cəmiyyət
Maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. BakuCity.az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sər...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub. (report) BakuCity.az
Cəmiyyət
Bu gündən polis maska taxmayan vətəndaşları inzibati qaydada cərimələyəcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. BakuCity.az xəbər verir ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşı...