Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi tutduğu vəzifədən azad edildi
Bakucity.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu vəzifəsindən azad olunub.
Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.
Həmin vəzifəyə Cümşüdov İntiqam Şirin oğlu təyin edilib.
Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.
Bakucity.az