Paytaxta at əti gətirilib

Biləsuvardan Bakıya gətirilən 400 kq ətin at əti olduğu aşkarlanıb

Bakucity.az xəbər verir ki, sentyabrın 26-da saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 28.11.1969-cu il təvəllüdlü Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.

Məlumat Qida Təhlükəsizliyi Agentliyindən alınıb.

Baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Mərkəzi Bank müvafiq tədbirlər görəcək Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək. BakuCity.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək ba...
Cəmiyyət
Bəzi restoranlar məlumat verməkdən yayındı Çində yayılan koronavirusla əlaqədar olaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər gücləndirilib. Bəzi məlumatlara görə, bu virusun daşıyıcısı olan insanın təması nəticəsində əşya və qidalar vasitəsilə də yayılma təhlükəsi var. Belə olan halda Bakıda Çin mətbəxi nümunələri təqdim edən restoranlar da diqqət mərkəzinə düşür. Mövcud vəziyyəti araşdırmaq üçün BakuCity.az saytı paytaxtda fəaliyyət göstərən Çin restoranl...
Cəmiyyət
"Türk kanallarında kinolara baxıram" Baku TV paytaxt sakinləri arasında televiziya kanalları ilə bağlı sorğu keçirib. BakuCity.az xəbər verir ki, sakinlərə "Televiziyalarımızda nə çatışmır?" sualı ünvanlanıb. Sakinlərin bu suala cavabı birmənalı olmayıb. Paytaxt sakinləri kanallarda problemlərin çox olduğunu söyləyir: "Baxıram, amma türk kanallarına, o da kinodan-kinoya". Digər bir sakin isə yalnız xəbər proqramlarından razı qaldığını deyib: "Xəbərlər norm...
Cəmiyyət
Yanvarın 9-da sürüşmə sahəsi yenidən aktivləşib Badamdar qəsəbəsində aktivləşən sürüşmənin fəsadlarını aradan qaldırmaq, eləcə də analoji hadisənin təkrarlanmaması üçün ərazidə yeraltı suların axıdılması məqsədilə quyular qazılacaq. Görüləcək işlərlə bağlı layihə hazırlanıb. BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində üç quyu qazılacaq. Dərinliyi 30 metr olacaq quyuları daxildən bərkitmək üçün metal lövhələr...
Cəmiyyət
Əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır “Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”. BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva “Report”a deyib. O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdi...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Bakıda yanvarın 30-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə is...
Cəmiyyət
Ət məhsullarını və yumurtanı tam bişirin Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələrini açıqlayıb. BakuCity.az həmin tövsiyələri təqdim edir: Özünüzü və başqalarını xəstəlikdən qoruyun • əllərinizi yuyun• öskürdükdən və asqırdıqdan sonra• xəstələrə qulluq edərkən• yemək hazırlayərkən, əvvəl və sonra• yeməkdən əvvəl• tualet istifadəsindən sonra• əllər vizual olaraq çirkl...
Cəmiyyət
Marketdə oğurlanıb Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb. BakuCity.az xəbər verir ki, T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hadisə yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu Bülbül prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb: “Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra ça...
Cəmiyyət
Yasamal sakini QİÇS-dən əziyyət çəkirdi Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini 1974-cü il təvəllüdlü C.R (ad şərtidir) QİÇS virusundan ölüb. Araşdırmalar zamanı C.R-nın uzun müddət narkotik istifadəçisi olduğu da məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az