Deputatın Bakı metrosunda görüntüsü yayıldı

Deputatın Bakı metrosunda görüntüsü yayıldı

Deputatın totosu sosial şəbəkələrdə yayılıb

Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın ayaq üstə dayanaraq, telefonu ilə məşğul olduğu əks olunub.

Bakucity.az məlumatına görə, Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyri-adi heç nə yoxdur”.

Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər