Bakıda bir çox istehsalat və təchizat sektorunda artım var

Bakıda bir çox istehsalat və təchizat sektorunda artım var

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub

Cari ilin yanvar-avqust aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.

Bakucity.az Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda səkkiz ay ərzində 388,6 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Səkkiz ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 148,5 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər