Ərinin pulunu oğurlayıb sevgilisinə “Range Rover” aldı

Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı

Ərinin pullarını oğurlayıb sevgilisinə bahalı avtomobil alan qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Bakucity.az Ölkə.Az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkumluq həyatı yaşayan Abdinova Səbinə Əliqulu qızının məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Xatırladaq ki, 2015-ci ilin 11 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovun həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ilə 25 min manata "Range Rover” markalı avtomobil də alıb.

Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
5 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Konsertdə Süleyman Ələsgərovun sevilən mahnıları səslənib. Bakucity.az xəbər verir ki, fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert keçirilib. “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, Babək...
Mədəniyyət
Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Bakucity.az xəbər verir ki, martın 8-11-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşcu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşcu rəssamı isə E...
İdman
10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək. Bakucity.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır. Bütün yaş qrupları arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiy...
Mədəniyyət
Teatr üçün 2,0 milyon manat ayrılıb. Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması bardə Sərəncam imzalayıb.  Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb. Bakucity.az
Cəmiyyət
Dilimizin inkişafı və təbliği istiqamətlərindən danışılıb. Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans olub. Konfransı İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb.  M.Nağısoylu Azərbaycan dilinin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artm...
Mədəniyyət
Kitab Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib Bakucity.az xəbər verir ki, Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Bunu …-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Onun sözlərinə g...
Mədəniyyət
Sərgidə 50-dək əl işi nümayiş olunur Bakucity.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılıb. Sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunur. Sərginin açılışından öncə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin direktoru S...
Cəmiyyət
Hadisə münaqişə zəminində törədilib Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tər...
Mədəniyyət
“Günay” Uşaq Teatrının hazırladığı tamaşa göstəriləcək Bakucity.az xəbər verir ki, fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının hazırladığı Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq. Tədbir “Günay” Uşaq Teatrı, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı ilə birgə hazırlanıb. Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayal...