Binədəki dəhşətli qəzanın səbəbi açıqlandı

Qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb

Bakucirt.az xəbər verir ki, bu barədə BakuPost-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".

Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
7 reviews oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır" Bakucity.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” məlumat yayıb. Artıq  sosial şəbəkələrdə “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir. Adı çəkilən qurumun Ümid adlı əməkdaşı bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: “Bizim ferma Abşeron rayonu Məhəmmə...
Hadisələr
Bakıda avtobus daha bir nəfəri vuraraq öldürüb Bakucity.az xəbər verir ki, hadisə oktyabrın 19-da Sabunçu rayonunda baş verib. 131 nömrəli marşrut avtobusunun sürücüsü piyada xəttinə əhəmiyyət verməyərək Məmmədova Aysel İbrahim qızını vurub. A. Məmmədova hadisə yerində ölüb. Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir. Oxu.az saytının verdiyi məlumatda bildirilir. Bunu da oxu: Bakıda bu avtomobillərlə bağlı ölçü götürüləcək - VİDE...
Hadisələr
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb Bakucity.az xəbər verir ki, Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib. "Bakı Metropoliteni"ndən verilən məlumata görə, “Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. "Həmin qatar təxminən 5 dəqiqə qatar yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb". - Report-un...
Cəmiyyət
352 ədəd müxtəlif növ partlamamış hərbi sursat tapılıb Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən (ANAMA) Bakucity.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barəd...
Cəmiyyət
Reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb Bakucity.az xəbər verir ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib: “Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fə...
İdman
Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib Bakucity.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb.  Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək. Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura ye...
Cəmiyyət
Səkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatı aparılır Bakucity.az xəbər verir ki, Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Bu barədə Report informasiya agentliyinin hazırladığı materialda bildirilir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar...
Biznes
Cədvəldə 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub  Bakucity.az xəbər verir ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb. Şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur. ASA-nın internet səhif...
Cəmiyyət
Tibb Universitetində anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub ATU-nun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb. Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsəno...