Binə qəsəbəsində 160 nömrəli avtobusun qatara çırpılması nəticəsində iki nəfər öldü
Bakucity.az xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan və 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həkimlərin səylərinə baxmayaraq, vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli də dünyasını dəyişmişdi.
Qeyd edək ki, hadisə nəticəsində daha 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Bakucity.az