Bakı sakinindən 3 ay xəbər yoxdur

Bakı sakinindən 3 ay xəbər yoxdur

Çörək almaq üçün evdən çıxan Bakı sakinindən 3 ay xəbər yoxdur 

Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakucity.az “Xezerxeber”ə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və mübahisəsi olmayıb. 

Heç kəsə də borcu yoxdur. Hara gedə biləcəyi ilə bağlı heç bir ehtimal yoxdur, üstəlik bu günədək qohumları ilə birgə aparılan axtarışlar nəticə verməyib.

Ailəsi Vüsalın yolunu gözləyir.

Vüsal Osmanovun yoxa çıxması ilə bağlı polisə də məlumat verilib. 8-ci polis bölməsi tərəfindən axtarışlar davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər